Şahramanyan separatçıların özündən əvvəlki liderlərinin həbsindən və Bakıya gətirilmələrindən danışdı - “MƏN VƏ DAHA ÜÇ NƏFƏR İSƏ HELİKOPTERLƏ ERMƏNİSTANA GƏLDİK”
TƏFƏRRÜAT

Hazırda İrəvanda olan Qarabağdakı keçmiş qondarma rejimin keçmiş “prezidenti” Samvel Şahramanyan cümə günü Ermənistanın İctimai televiziyasına müsahibəsində sentyabrın 19-dakı bir günlük müharibənin bəzi təfərrüatlarını açıqlayıb.

 

“Mən Azərbaycanın bizimlə işləyən məsul şəxsi ilə əlaqə saxladım ki, Qarabagda  onların danışıqlara hazır olduqları namizədin olub-olmadığını öyrənək.  Samvel Babayanın və ya Vitali Balasanyanın məqbul namizəd olacağı ilə bağlı müzakirələr gedirdi, lakin mən Azərbaycan tərəfdən mənfi cavab aldım”, - deyə Şahramanyan bildirib.

 

Separatçıların keçmiş liderlərinin  həbsi ilə bağlı sualı cavablandıran Şahramanyan deyib ki, Azərbaycan onlara qarşı “seçimli yanaşma” nümayiş etdirib. Onun sözlərinə görə, həmin şəxslər siyasi məqsədlərlə həbs edilərək Bakıya aparılıb. “Mən, müdafiə naziri və iki təhlükəsizlik əməkdaşım isə helikopterlə Ermənistana gəldik”, - o əlavə edib.

 

O, sentyabrın 19-da döyüşlərin başlanmasına toxunaraq deyib: “Sentyabrın 19-da səhər saatlarında azərbaycanlılar Şuşa yaxınlığındakı rus kapitanına yaxınlaşaraq onlara xəbərdarlıq ediblər ki, artilleriya tezliklə işə düşəcək, şəxsi heyəti təxliyə etsinlər. Biz bu barədə sülhməramlılara deyəndə, onlar artıq hər şeyi bilirdilər. Döyüşlər başlayandan sonra başa düşdüm ki, biz təkik. Rusiya tərəfi müşahidəçi statusunda idi”.

 

Qarabağlı ermənilərin niyə ağır texnikanı qoyub getdiyini soruşduqda Şahramanyan belə cavab verib: “Biz ağır texnika ilə Artsaxı tərk edə bilməzdik. Bu barədə danışmağın mənası yoxdur, çünki Azərbaycan tərəfi keçid məntəqəsi yaratmışdı. Biz müqaviləyə əsasən məhv edilməli olan silahları Rusiya tərəfinə verdik”.

 

"Azərbaycanla imzalanmış atəşkəs sənədinə gəlincə, onun məzmunu Ermənistan hakimiyyətinə çatdırılıb, ehtiva etdiyi mümkün risklər Ermənistan hakimiyyəti ilə müzakirə olunub. “Ermənistan silahlı qüvvələrinin bölmələrinin Artsaxdan çıxarılması” ilə bağlı bənd mətnə məcburən əlavə  edilib. Bu, Bakının qəti tələbi idi, Stepanakert mülki əhalinin həyatını xilas etmək üçün bununla razılaşdı”, - Şahramanyan qeyd edib.

 

Qarabağdan müharibəsiz və itkisiz çıxmağın mümkün olub-olmaması ilə bağlı suala cavabında Şahramanyan belə bir ehtimalın olmadığını bildirib. Səbəb o olub ki, əhalini Qarabağı  müqavimətsiz tərk etməyin lazım olduğuna inandırmaq mümkün deyildi. “Lakin hərbi əməliyyatlar başlayandan sonra bütün şəraiti nəzərə alaraq belə qənaətə gəldik ki, dayanmaq və insanların həyatını xilas etmək daha düzgündür”, - deyə Şahramanyan bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.