Xamenei İsrailin "məğlubiyyətini" elan etdi və... BİR DAHA İSLAM ÖLKƏLƏRİNƏ SƏSLƏNDİ
FOTO

"Sionist rejimin Qəzzada məğlubiyyəti bir həqiqətdir. Qəzzada xəstəxanaların, qadınların və uşaqların vəhşicəsinə bombalanması sionist rejimin başçılarının bu məğlubiyyətdən nə qədər qəzəbləndiyinin sübutudur".

 

Senzor.az İRNA-ya istinadən bildirir ki, bunu İranın Ali rəhbəri Ayətullah Xamenei “Aşura”  Aerokosmik Elmlər Universitetinə səfəri zamanı deyib.

 

O qeyd edib ki, sionistlər özlərini ali irq, bəşəriyyətin qalan hissəsini isə aşağı irq hesab edirlər. “Bu məntiqə əsaslanaraq, onlar bir neçə min uşağı heç bir  peşmançılıq hissi keçirmədən və vicdan əzabı çəkmədən məhv ediblər”, - deyə lider əlavə edib. 

Rəhbərin sözlərinə görə, Qəzza hadisələri dünya xalqları üçün bir çox gizli reallıqlara aydınlıq gətirib və bu reallıqlardan biri də ABŞ prezidentinin, Almaniya kanslerinin, Fransa prezidentinin və Böyük Britaniya baş nazirinin irqi ayrı-seçkiliyə dəstək vermələridir.

 

"Sionistlər əvvəlcə bəyan etdilər ki, məqsədləri HƏMAS-ı məhv etməkdir, lakin 40 gündən çox vaxt keçsə də, bunu edə bilməyiblər və gələcəkdə də bacara bilməyəcəklər. Xəstəxanaları və insanların evlərini zəbt etməklə  irəliləmək qələbə deyil”, - Ayətullah Xamenei bildirib.

 

Bundan əlavə, Əli Xamenei Qəzza zolağında hərbi əməliyyatlar fonunda İslam ölkələrini “İsraillə münasibətləri heç olmasa müvəqqəti olaraq kəsməyə” çağırıb və “sionist rejim” ilə istənilən siyasi əlaqələri dayandırmağın vacibliyini vurğulayıb: "Bəzi İslam ölkələri İsrailin cinayətlərini açıq şəkildə pisləyib, bəziləri isə hələ ki bunu etməyiblər, bu qəbuledilməzdir. İndi əsas vəzifə İsrailin həyati damarını kəsmək və bəzi İslam ölkələri sayəsində onun enerji və qida məhsulları almasına mane olmaqdır. Müsəlman dövlətləri ən azı müəyyən müddətə İsraillə siyasi əlaqələrini dayandırmalıdırlar”. 

 

Xatırladaq ki, İranın Ali dini lideri Əli Xamenei bu gün “Aşura” Aerokosmik Elmlər Universitetində olub, burada İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin son nailiyyətləri və yenilikləri ilə tanış olub.

 

Senzor.az








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.