AGF italiyalı güləşçinin iddası ilə bağlı bəyanat yaydı – “İNDİ O YA DEDİKLƏRİNİ SÜBUTA YETİRMƏLİ, YA DA...”
YENİLƏNİB, VİDEO


Azərbaycan Güləş Federasiyası (AGF) italiyalı sərbəst güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yayıb.

 

Senzor.az bildirir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

  

Bəyanatda deyilir: "5-7 apreldə Milli Gimnastika Arenasında güləş üzrə Avropa Olimpiya Təsnifat turniri keçirildi. Bu yarış ilk dəfə Bakıda təşkil edildi. Ümumiyyətlə, adı çəkilən arena ilk dəfə güləş yarışına ev sahibliyi etdi.

 

Bütün bunlara baxmayaraq, Azərbaycan Güləş Federasiyasının digər idman təşkilatları və dövlət qurumlarının dəstəyi ilə keçirdiyi yarışın təşkilatçılığı yüksək səviyyədə qiymətləndirildi. Təsadüfi deyil ki, Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç federasiyamıza ünvanladığı təşəkkür məktubunda təşkilati fəaliyyətin ən yüksək səviyyədə həyata keçirildiyini, işçi və tibbi heyətin, könüllülərin maksimum həssaslıqla işinə yanaşdığını qeyd edib və Azərbaycanın gələcəkdə də nüfuzlu güləş yarışlarına ev sahibliyi edəcəyinə inandığını bildirib.

 

Olimpiadaya lisenziya xarakterli turnirə media nümayəndələri də böyük maraq göstərdi. Yerli jurnalistlərlərlə yanaşı, əcnəbi qələm əhli də ölkəmizə təşrif buyuraraq yarışı canlı işıqlandırdı. Ümumilikdə 100-dən artıq KİV nümayəndəsinin qeydiyyatdan keçdiyi Avropa Olimpiya Təsnifat turniri müxtəlif ölkələrdə canlı nümayiş etdirildi.

 

Yarışa azarkeş marağı da böyük oldu. Xüsusən sonuncu gündə Milli Gimnastika Arenasında anşlaq yaşandı. Bu da ölkəmizdə güləşə olan sevginin bariz nümunəsidir.

 

Avropa Olimpiya Təsnifat turnirində 3 güləş növünün cəmində 36 idmançı Paris-2024-ə lisenziya qazandı. Bu lisenziyalardan 5-i Azərbaycanın payına düşdü. Sərbəst güləşdə 57, 65, 74, 86 və 125 kq-da Olimpiya Oyunlarına vəsiqə əldə edildi. Neytral atletlər (Rusiya və Belarus) ümumilikdə 13, Türkiyə 3, Gürcüstan, Ukrayna və Almaniya 2, Macarıstan, Polşa, Serbiya, Bolqarıstan, Moldova, Finlandiya, Fransa, Litva və Rumıniya isə 1 lisenziya əldə etdi.

 

Bu yarışda 74 kq-da yarımfinalda Turan Bayramov italiyalı Frank Çamizoya qalib gələrək Olimpiya lisenziyası əldə edib. Ancaq Çamizo məğlubiyyətlə barışmayaraq ağır ittiham irəli sürüb. Çamizo heç bir dəlil-sübut olmadan guya bu görüşdə məğlub olması üçün ona 300 min dollar rüşvət təklif edildiyini bildirib.

 

Qeyd edək ki, UWW bu görüşün hakim idarəçiliyini araşdırmağa başlayıb və yaxın günlərdə müvafiq qərar veriləcək. Eyni zamanda, bildiririk ki, Çamizo "Duty to report" qaydalarına əsasən, belə bir rüşvət təklifinin olmasıyla əlaqədar dərhal etiraz protokolunda öz qeydlərini etməliydi. İndi ya o öz iddiasını sübuta yetirməli, ya da bu iddianın əsassız olduğunu bildirməlidir.

 

Nəzərinizə çatdıraq ki, Azərbaycan Güləş Federasiyası hər zaman "Fair Play" ədalətli oyun prinsiplərinə sadiqdir. Biz Çamizonun bu ittihamına qarşı hüquqi addımlar atacaq və Dünya Güləş Birliyinə rəsmi qaydada müraciət edəcəyik".


**10:58


İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona 300 min dollar dəyərində rüşvət təklif edildiyini iddia edib.

 

Bu barədə güləşçi “La Repubblica” qəzetinə açıqlamasında deyib.

 

İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio keçən həftə Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya təsnifat turnirində uduzması üçün ona 300.000 ABŞ dolları məbləğində rüşvət təklif edildiyini bildirib: “Azərbaycanda ikiqat, üçqat mübarizə verməli olduğumu bilirdim, çünki onların ölkəsində döyüşürdüm. Yanıma gəlib uduzmağım üçün 300 min dollar təklif etdilər. Kimin olduğunu demək istəmirəm, amma bu, çəki ölçmənin səhəri günü baş vermişdi.

 

Mən bu təklifi rədd etdim. Çünki təkcə özümü deyil, həm də İtaliyanı təmsil edirəm. Baş verənləri şəxsən mən yaşayıram, sadəcə döyüşə baxın. O qədər iyrənirəm ki, idman haqqında danışdığımı hiss etmirəm”.

 

“Qafqazinfo” xatırladır ki, Frank Çamisio Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya təsnifat turnirinin final mərhələsində azərbaycanlı güləşçi Turan Bayramova məğlub olub. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Bayramov bununla Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.