İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb - TEHRANIN BMT-dəki NÜMAYƏNDƏLİYİ: “MƏSƏLƏ BİTMİŞ HESAB EDİLƏ BİLƏR”
YENİLƏNİB


İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, buraxılışların əksəriyyəti İrandan edilib, az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb.

 

İranın zərbələri nəticəsində İsrailə dəyən zərərin, hücumun miqyası nəzərə alınmaqla, nisbətən kiçik olduğu təxmin edilir.

 

İsrailin baş naziri Benyamin Netanyahu İranın hava hücumunun dəf edildiyini elan edərək, ölkənin və İsrail xalqının qalib gələcəyini vəd edib.

 

…Bu arada İranın BMT-dəki daimi Nümayəndəliyi bəyan edib ki, İsrailə hücumu bu ölkə hakimiyyətinin İranın Suriyadakı diplomatik obyektlərinə hücumuna qarşı başa çatmış cavab hesab etmək olar.

 

Diplomatik missiyanın “X” səhifəsində qeyd olunur ki, “bu məsələ bitmiş hesab edilə bilər”.

 

Daimi Nümayəndəliyin məlumatında həmçinin vurğulanıb ki, İsrail hakimiyyətinin “daha bir səhvi” olarsa, Tehranın cavabı “daha sərt” olacaq.

  

**23:58 (13.04.2024)



İran İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum edib.

 

Senzor.az bildirir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

 

KAN radiosu daha əvvəl bildirib ki, İran İsrailə pilotsuz təyyarə ilə zərbə endirib.

 

“Al Arabiya” isə İranın onlarla pilotsuz təyyarəsinin İsrail istiqamətinə İraqın cənubundan keçdiyini yazıb.

 

Xatırladaq ki, "Al Jazeera” ABŞ administrasiyasının nümayəndəsinə istinadən xəbər vermişdi ki, İran aprelin 14-də səhər saatlarında İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq İsrailə hücum edə bilər.

 

Qeyd edək ki, İsrailin Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib, onlarla təyyarə səmada, ABŞ ilə sıx koordinasiyadadır.

 

Bu arada Benyamin Netanyahu xalqa müraciət edib. O bildirib ki, İsrail uzun illərdir İrandan birbaşa hücum ehtimalına hazırlaşır və həm müdafiə, həm də hücumda hadisələrin istənilən inkişafına hazırdır: “Son illərdə və hətta son həftələrdə İsrail İrandan birbaşa hücum ehtimalına hazırlaşır. Müdafiə sistemləri hazırlıq vəziyyətindədir, biz həm müdafiə, həm də hücumda hadisələrin hər cür inkişafına hazırıq”.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.