“Qazaxıstandakı "Sülhməramlı əməliyyatı”nı Putinlə bir saata hazırladıq” – LUKAŞENKO KƏŞFİYYAT MƏLUMATINI AÇIQLADI
Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlılarının Qazaxıstan 
əməliyyatından danışıb. 
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, şənbə günü missiyasını başa vurmuş Belarus sülhməramlı kontingenti ilə görüşdə maraqlı açıqlama ilə çıxış edib.
 
Lukaşenko deyib ki, KTMT-nin sülhməramlı əməliyyatı incəliklərinə qədər özü və Rusiya Prezidenti Vladimir Putin tərəfindən hazırlanıb.
 
“Şişirtmədən deyirəm: bütün bu əməliyyatlar detallarına qədər iki prezident - Rusiya və Belarus rəhbərləri tərəfindən bir saat ərzində hazırlanıb. Hər şey tərəddüdsüz, tez və qətiyyətlə edildi”, - Lukaşenko vurğulayıb.
 
O həmçinin qeyd edib ki, Qazaxıstandakı etiraz aksiyaları ilə Belarusda 2020-ci ildə baş verənlər arasında ümumi oxşarlıqlar görünür.
 
Hər iki aksiyanı müqayisə edən Belarus lideri bildirib ki, Qərb xüsusi xidmət orqanlarının müdaxiləsi olmasaydı, bu hadisələr də olmazdı: ““Bu hadisələrin arxasında dövlətlər dayanır. Xatırlayın, 2020-ci ilin avqustunda bu ölkələr – bilirsiniz kimlərin əli ilə - bizə gəlmişdilər. Əlbəttə, bütün qarışıqlıqları onların xüsusi xidmətləri yaradır. Amma burda onların buynuzlarını qırdıq”. Lukaşenko onu da vurğulayıb ki, Belarus hadisələrindən sonra kollektiv Qərbin əsas işi öz məqsədlərini gizlətmək olub: “Xüsusi xidmətlər işlədi və heç kəs onların (bu işin arxasında olan dövlətlərin) fərqinə varmadı. Qazaxıstan kimi möhtəşəm dövlətdə o cür miqyaslı aksiyalar bir sutkada baş verdi?” 
O, Qazaxıstanda böyük transmilli şirkətlərin maraqlarının kəsişdiyinə xüsusi diqqət çəkib: “Buna görə də komanda verildi: “Tələsməyin, sakit olun, hər şey aydın olanda səhnəyə çıxacağıq” – mən kəşfiyyatımızın ilk gündəki məlumatından sitat gətirdim. Orda hər şey vardı. Qazaxıstan, Belarus kimi, açar məntəqədir: biz – Avropada, onlar – Mərkəzi Asiyada”.
 
Lukaşenko bildirib ki, Qazaxıstandan Rusiyanı “qızışdırmaq” mümkün idi; Əfqanıstan biabırçılığını (ABŞ-ın Əfqanıstanda uduzub çıxması – red.) kompensasiya etmək və nəinki Çinə, hətta bütün Asiyaya təsir etmək olardı: “Buna görə də stavka olduqca yüksək idi”.
 
Xatırladaq ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il yanvarın 6-da qəbul edilmiş qərarına uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün Təşkilatın Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstana göndərilmişdi. Qrupa Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin bölmələri daxil idi.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.