"Nazarbayev ölüb, çoxdan basdırıblar" – JİRİNOVSKİDƏN ŞOK İDDİA
Rusiyanın Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin öldüyünü və dəfn edildiyini bildirib.
 
Bu barədə o, "Komsomolskaya Pravda" radiosuna müsahibəsində danışıb.
 
RLDP sədri keçmiş dövlət başçısının uzun müddətdir ictimaiyyət qarşısına çıxmadığına görə belə fikirləşdiyini bildirib.
 
“Məncə, o, çoxdan ölüb. Çoxdan ölüb və basdırılıb. Müsəlmanlar həmin gün dəfn edirlər. Həyatda olasan və bu cür sakit gizlənib heç nə danışmayasan? Bu mümkün olan şey deyil, istisnadır. Üstəlik də Dövlət Təhlükəsizliyi Komitəsinin sədri dərhal həbs edilib", - Jirinovski fikrini belə izah edib. Siyasətçi onu da qeyd edib ki, hadisələrin bu cür gedişatı “Şərqdə normal sayılır”. Xalq kütləvi şəkildə Nazarbayevə qarşı çıxdığına görə eks-prezidentdən qurtula da bilərdilər. 
Qeyd edək ki, daha əvvəl eyni fikri “Lenta.ru”ya politoloq, Siyasi Ekspertlər Qrupunun rəhbəri Konstantin Kalaçev da bildirmişdi. Onun sözlərinə görə, Qazaxıstanın birinci prezidenti Nazarbayevin ölkədəki böhran fonunda susması onun artıq öldüyünü və ya fəaliyyət qabiliyyətini itirdiyini deməyə əsas verir.
 
Ekspert qeyd edib ki, siyasətçinin ölümünün elan edilməsi ölkədə sabitliyi daha da pozacaqdı. Kalaçevin fikrincə, Nazarbayevin vəziyyəti ilə bağlı məsələ yaxın günlərdə bilinəcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.