Ərdoğan təsdiqlədi: Türkiyə Putin-Zelenski görüşünə ev sahibliyi etmək istəyir - ALINACAQMI?
YENİLƏNİB
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidentinin Vladimir Putin və Volodimir Zelenskinin görüşünü təşkil etmək təklifinə növbəti dəfə  münasibət bildirib.
 
Yerli KİV-in yazdığına görə, D.Peskov hər hansı görüşə hazırlıq getmədiyini bildirib: “Görüşlə bağlı heç nə yoxdur. Yalnız Ukraynanın silahla təmin edilməsi və bu ölkənin Minsk razılaşmasına əməl etməməsi var”, - deyə Peskov vurğulayıb.
 
**23:46(20.01.2022)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə öz ərazisində ev sahibliyi etmək istəyini təsdiqləyib.
 
Senzor.az-ın məlumatına görə, Ərdoğan bəyan edib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında müharibə mühitinin formalaşmasına təəssüflənir: “Putinlə Zelenski arasında görüş keçirməyi nəzərdə tuturuq. Gələn ayın əvvəlində mənim Ukraynaya səfərim olacaq”.
 
Onun sözlərinə görə,  regionda sülh və sabitliyin təmin olunması üçün Putinlə təmasları davam etdirəcək. Xatırladaq ki, Türkiyə liderinin sözçüsü İbrahim Kalın dünən Prezident Ərdoğanın Rusiya ilə Ukrayna arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün Putin və Zelenskini Türkiyəyə dəvət etdiyini bildirmişdi: "Türkiyə Rusiya Prezidenti Vladimir Putin və onun ukraynalı həmkarı Volodimir Zelenski arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır. Prezident Ərdoğan hər iki lideri Türkiyəyə gələrək, aralarındakı problemləri və fikir ayrılıqlarını həll etmək üçün görüş keçirməyə dəvət edib. Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün hər cür rol oynamağa hazırdır". 

Kremlin Putin və Zelenskinin Türkiyəyə dəvətinə münasibəti özünü çox gözlətmədi.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bəyan etdi ki, Kreml “Ukrayna məsələsini həll etmək üçün istənilən ölkənin səylərini dəstəkləyir”. Amma həm də xatırlatdı ki, Moskva ilə Kiyev arasında əsas fikir ayrılıqları Ukrayna tərəfinin Minsk razılaşmalarının icrasını dayandırması ilə bağlıdır: "Türkiyəli tərəfdaşlarımız ukraynalılara təsir göstərə və onları əvvəllər əldə edilmiş razılaşmaları yerinə yetirməyə təşviq edə bilsələr, bu, yalnız müsbət qarşılana bilər".  
Təklifə Ukraynada da isti və müsbət yanaşırlar. Amma... Yeri gəlmişkən, hələ ötən ilin noyabrında - bu təklif ilk dəfə səslənəndə ukraynalı siyasətçilər bildirmişdilər ki, “Donbas və Krımla bağlı danışıqların məkanı Belarusdan Türkiyəyə keçirilməlidir”.
 
Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.