
Senzor.az bildirir ki, bunları BMT-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı Rəşad Hüseynov bir neçə gün əvvəl öz “Facebook” səhifəsində yazıb.


“Təəssüf ki, bu hal birinci dəfə baş vermir. Bundan öncə də UNCOPA-dan mükafat almış bəzi dövlət, elm və mədəniyyət təmsilçiləri bunu BMT-nin verdiyini bəyan edib”, - deyə vurğulayan
BMT nümayəndəsi misal olaraq Milli Məclisin deputatı Eldar Quliyevi, SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadəni, aktrisa Suğra Bağırzadəni və iş adamı Ruhi Əliyevanı göstərib.
Rəşad Hüseynovun sözlərinə görə, yuxarıdakı şəxslər UNCOPA mükafatını BMT-nin Dövlət Xidmətləri Mükafatı ilə səhv sala bilərlər. Amma Azərbaycanda bu mükafata yalnız ASAN Xidmət layiq görülüb.














