Kılıçdaroğlunun tələbi ilə Özgür Özəl və tərəfdarları CHP mərkəzi qərargahından çıxarıldı
YENİLƏNİB, FOTO/VİDEO

Kamal Kılıçdaroğlunun tələbi ilə partiyanın keçmiş sədri Özgür Özəl və tərəfdarları CHP mərkəzi qərargahından çıxarılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Özgür Özəl partiya qərargahı qarşısında tərəfdarlarına etdiyi müraciətdə bu gün CHP mərkəzi qərargahından çıxsalar da, geri qayıdacaqlarını bəyan edib.

 

**10:04

 

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankara şəhərindəki Baş Qərargah binasında tərəflər arasında kütləvi dava düşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səhər saatlarında partiyanın mərkəzi ofisində binanın təxliyəsi ilə bağlı ciddi gərginlik yaşanıb.

 

Məlumata görə, CHP-nin hazırkı sədri Özgür Özəlin tərəfdarları ilə partiyanın keçmiş lideri Kamal Kılıçdaroğlunun tərəfdarları arasında yaranan mübahisə qısa müddətdə əlbəyaxa qarşıdurmaya çevrilib. Tərəflər bir-birinə təpik və yumruq zərbələri endirib.

 

Davanın qarşısını almaq və vəziyyəti sakitləşdirmək üçün bəzi deputatlar hadisəyə müdaxilə ediblər.

 

Qeyd edək ki, partiya daxilində yaranan bu ciddi qarşıdurmaya Ankara Məhkəməsinin verdiyi son qərar səbəb olub. Məhkəmə CHP-nin 4-5 noyabr 2023-cü il tarixində keçirilmiş 38-ci qurultayının nəticələrini rəsmən ləğv edib.

 

Qərara əsasən, sözügedən qurultayda partiya sədri seçilmiş Özgür Özəl vəzifəsindən kənarlaşdırılıb. Məhkəmənin çıxardığı yekun qərar qətiləşənə qədər isə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu müvəqqəti olaraq yenidən partiya rəhbəri postuna qaytarılıb. Qərargah binasındakı təxliyə gərginliyinin də məhz bu səlahiyyət dəyişikliyindən sonra başladığı bildirilir.


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.