ADY-dən Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlərə
MÜRACİƏT

Bakı-Tbilisi qatarına minik üçün biletlə yanaşı digər sənədlərin təqdim olunması mütləqdir.

 

Senzor.az bildirir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərnişinlərə müraciətində belə deyilir.

 

Qeyd olunub ki, bu sənədlərə ümumvətəndaş pasportunun əsli (mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil), Gürcüstan tərəfinin tələblərinə uyğun olaraq sağlamlıq sığortası, 5 yaşadək bir uşaqla səfər üçün onun adına rəsmiləşdirilmiş pulsuz bilet, bir valideynlə səfər edən uşaq (-lar) üçün digər valideynin və ya başqa bir böyüklə (valideynsiz) səfər edən uşaq (-lar) üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi daxildir.

 

"Qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri özünüzlə götürməyi unutmayın. Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərinin həyata keçirəcək. Hər bir sərnişinimizə uğurlu yollar arzu edirik!", - ADY-dən bildirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.