Makron Lukaşenkoya zəng etdi - SON 4 İLDƏ İLK DƏFƏ
VİDEO

Belarus və Fransa prezidentləri Aleksandr Lukaşenko ilə Emmanuel Makron son 4 ildə ilk dəfə telefon danışığı aparıblar.

 

Senzor.az bildirir ki, bu barədə Belarus Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı tərəflər regional problemləri, Belarusun Avropa İttifaqı (Aİ) və Fransa ilə münasibətlərini müzakirə ediblər.

 

Lukaşenko ilə danışıqdan əvvəl Fransa lideri Rusiyanın iki nəfərin həlak olması və onlarla insanın yaralanması ilə nəticələnən Kiyevə kütləvi gecə hücumundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb. Makron yaşayış evlərinin, məktəblərin, Çernobıl Muzeyinin, Ukrayna Milli İncəsənət Muzeyinin, digər mülki və mədəniyyət obyektlərinin zədələndiyi hücumu pisləyib.

 

“Report” xatırladır ki, bundan əvvəl Lukaşenko Makronla 2022-ci il fevralın 26-da, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən bir neçə gün sonra telefonla danışıb. Fransa tərəfinin versiyasına görə, Makron Minski Rusiya qoşunlarının Belarus ərazisindən çıxarılmasına nail olmağa, müharibənin "faktiki şəriki" rolundan imtina etməyə və Rusiyanın nüvə silahını yerləşdirməməyə çağırıb. Belarus tərəfinin məlumatında isə bildirilirdi ki, həmsöhbətlər münaqişəni, Belarusun Rusiya ilə münasibətlərini və Avropanın gələcəyini müzakirə ediblər, Lukaşenko isə Belarusda nüvə silahının mümkün yerləşdirilməsi ilə bağlı xəbərləri uydurma adlandırıb.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.