
İran parlamentinin spikeri Məhəmmədbaqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Qətərə səfər ediblər.
“Reuters“in xəbərinə görə, iranlı nümayəndələr paytaxt Dohada Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşəcəklər.
Görüşün gündəliyində İran-ABŞ müharibəsinin sonlandırılması, Hörmüz boğazı və zənginləşdirilmiş uran maddəsi olacaq.
Bu arada “Fars” agentliyi İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın və xarici işlər naziri Abbas Əraqçinin Qətərə səfər etdiklərinə dair xəbəri təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl İran Mərkəzi Bankının direktoru Əbdülnasir Hemmətinin Qətərə səfər etdiyi və İranın bloklanmış aktivlərinin azad edilməsi ilə bağlı müzakirələr aparacağı bildirilib.