Putinin Paşinyana təbrik zənginə... KÖÇƏRYANDAN REAKSİYA

“Ermənistan hakimiyyəti “diplomatik nəzakət”i strateji problemlərin həlli ilə qarışdırır”.

 

“Teleqraf” xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan Rusiya Prezidenti Vladimir Putinin iyunun 1-də Ermənistan Baş naziri Nikol Paşinyana ad günü münasibətilə etdiyi telefon zənginə münasibət bildirərkən deyib.

 

Köçəryanın sözlərinə görə, hakimiyyət bu telefon danışığını Ermənistan-Rusiya münasibətlərindəki problemlərin həlli və yerli ixracatçılar üçün məhdudiyyətlərin aradan qaldırılmasının sübutu kimi təqdim edir: “Dünən Rusiya Prezidentinin zəng edib onları təbrik etdiyini və bütün məsələlərin həll olunduğunu iddia etdilər. Artıq kənd təsərrüfatı məhsullarının Rusiyaya sərbəst şəkildə ixrac ediləcəyi bildirildi. Amma cəmi bir neçə saat sonra bütün meyvələrin ixracına məhdudiyyətlər qoyuldu. Hələ də ad günündə edilən “diplomatik nəzakət”in geosiyasət və ya dövlətlərarası münasibətlərlə heç bir əlaqəsinin olmadığını başa düşməyiblər”.

 

O bildirib ki, Ermənistan hakimiyyətinin Rusiyaya qarşı siyasəti ölkənin kənd təsərrüfatı və ixracatçıları üçün ciddi risklər yaradır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.