
İran Ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi ölkəsinin Livanda gərginliyin daha da artmasına və ABŞ-ın dəniz blokadasının davam etməsinə imkan verməyəcəyini bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, M.Rzayi “X” sosial şəbəkəsində Hörmüz boğazının İranın nəzarəti altında olduğunu yazıb.
O qeyd edib ki, İran Silahlı Qüvvələrinin səbrinin də həddi var və Tehran həm dəniz blokadasına, həm də Livandakı vəziyyətin daha da kəskinləşməsinə dözməyəcək.