Macarıstanın yeni Baş naziri Zelenski ilə görüşmək üçün şərtini açıqladı
VİDEO

Macarıstanın yeni Baş naziri Peter Madyar gələn həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bəyan edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Peter Madyar Almaniya Kansleri Fridrix Merts ilə Berlində keçirdiyi görüşdən sonra təşkil olunan mətbuat konfransında danışıb.

 

P.Madyar qeyd edib ki, görüşün baş tutması üçün iki ölkə Transkarpatiyadakı macar azlığının hüquqlarının bərpası ilə bağlı razılığa gəlməlidir.

 

O, bu istiqamətdə aparılan danışıqların yaxın vaxtlarda uğurla başa çatacağına ümidvar olduğunu vurğulayıb: "Hazırda Ukrayna və Macarıstan arasında bu ölkədə yaşayan macar azlığının dil, mədəniyyət və təhsil hüquqlarına dair danışıqlar aparılır. Hələlik bu prosesdə ümidverici irəliləyiş müşahidə olunur. Ümid edirik ki, ekspertlər səviyyəsində müzakirələri bu həftə tamamlaya biləcəyik".

 

Hökumət başçısı əlavə edib ki, fundamental insan hüquqları barədə razılıq əldə olunacağı təqdirdə, gələn həftənin əvvəlində V.Zelenski ilə görüşməyə hazırdır.

 

P.Madyar, həmçinin etnik macarların hüquqlarının qaytarılmasının Ukraynanın Avropa İttifaqına (Aİ) üzv qəbul edilməsi üçün mütləq şərt olduğunu diqqətə çatdırıb: "Hesab edirik ki, Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq istəyən dövlət bu hüquqlara hörmətlə yanaşmalıdır. Çox ümid edirəm ki, biz bu məsələni nizamlayacağıq".


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.