Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Acapaxyanı saxlayıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə bütün ermənilərin katolikosu II Qaregin deyib.
II Qaregin qeyd edib ki, Erməni kiləsində axtarışlar və Mikael Acapaxyanın saxlanılması ilə bağlı atılacaq addımlarla bağlı qərar verəcəklər: “Mikael Acapaxyan indi vəkilimizlə gedəcək, biz keşişlərin iclasının keçirildiyi iqamətgaha qayıdacağıq. Müzakirə aparıb qərar qəbul edəcəyik".
Onu da qeyd edək ki, Ermənistan İstintaq Komitəsi güc strukturlarının arxiyepiskop Mikael Acapaxyanı saxlamasına mane olunması faktı ilə bağlı cinayət işi açıb.
"Onun sxlanılması zamanı bir qrup şəxs hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətinə maneə törədib, cinayət işi açılıb", - İstintaq Komitəsinin açıqlamasında vurğulanıb.
**12:27

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) maskalı xüsusi təyinatlıları erməni kilsəsinin başçısının iqamətgahının ərazisinə daxil olublar.
Senzor.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bütün ermənilərin katolikosu II Qaregin özü təhlükəsizlik qüvvələrinin qarşısına çıxıb.
Jurnalistlər ərazidən uzaqlaşdırılıb.
Bundan əvvəl Eçmiədzinin polis rəisi kilsəyə gəlib. Sonra tərəflər arasında müzakirə aparılıb. Daha sonra ərazidə polislər və keşişlər arasında dava baş verib. Keşişlər əməliyyata mane olmağa çalışıblar...
Qeyd edək ki, bu gün səhər saatlarında 30-a yaxın maskalı şəxs Şirak Yeparxiyasının da binasına soxulub.
Bu barədə vəkil Miqran Poqosyan sosial şəbəkələrdə məlumat yayıb.
Arxiyepiskop da təsdiqləyib ki, onun iqamətgahına soxulma cəhdi həqiqətən olub, lakin həmin vaxt o, iqamətgahda olmayıb.
Daha əvvəl arxiyepiskop Acapaxyana qarşı hakimiyyəti ələ keçirməyə açıq çağırışla bağlı cinayət işi açılmışdı.
Xatırladaq ki, iyunun 25-də İstintaq Komitəsi "Müqəddəs mübarizə" hərəkatının üzvləri tərəfindən Ermənistanda hakimiyyəti ələ keçirmək məqsədilə terror aktlarının hazırlanması barədə məlumat verib. Hərəkatın lideri Baqrat Qalstanyanın və tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb. Həmin gün axşam onlar məhkəmənin qərarı ilə həbs ediliblər.