Paşinyan açıqlama yaydı:
AXALKALAKİ - QARS DƏMİR YOLU FƏALİYYƏTƏ BAŞLADI

Ermənistanın Baş naziri Nikol Paşinyan Axalkalaki - Qars dəmir yolunun fəaliyyətə başladığını bəyan edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Paşinyan bu barədə "Facebook" sosial media hesabında yazıb.

 

"Axalkalaki - Qars dəmir yolunun, eləcə də Azərbaycan dəmir yolunun bundan sonra Ermənistana ixrac və idxal üçün açıq olduğunu elan etməkdən şadam. Bu, ölkəmizin iqtisadi həyatında böyük hadisədir. Türkiyə və Gürcüstandan olan tərəfdaşlarımıza təşəkkür edirəm", - Paşinyan yazıb.

 

O bildirib ki, hazırda Ermənistan Gürcüstan və Azərbaycan ərazilərindən keçməklə, Rusiya ilə, həmçinin Rusiya və Qazaxıstandan keçməklə, Çinlə dəmir yolu əlaqəsinə malikdir. İndi bu istiqamətlərə, o cümlədən Avropa İttifaqı ilə əlaqəni təmin edən, Gürcüstan və Türkiyədən keçən marşrut da qoşulub.

 

Bundan əlavə, hökumət başçısı qeyd edib ki, tezliklə Ermənistanla Türkiyə, Ermənistanla Azərbaycan arasında, daha sonra isə Naxçıvan vasitəsilə Ermənistanla İran arasında birbaşa dəmir yolu əlaqəsinin işə salınması gözlənilir.

 

"TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində yaxın gələcəkdə biz bu hadisələrin şahidi olacağıq", - Paşinyan vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.