Özgür Özəl CHP Qrup sədri seçildi
VİDEO

Özgür Özəl Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Parlament Qrupunun sədri seçilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı qərar partiyanın mərkəzi qərargahında baş tutan qrup iclasındakı səsvermə zamanı qəbul edilib.

 

Ö.Özəl toplantıya qatılan 96 millət vəkilindən 95-inin səsi ilə yenidən CHP TBMM Qrup sədri seçilib. Bir səs isə etibarsız sayılıb.

 

Xəstəlik, dəfn və ya xaricdə olma kimi üzrlü səbəblərə görə toplantıya qatıla bilməyən 42 millət vəkilindən 15-i də Özələ dəstəklərini bildirib.

 

Qeyd edək ki, CHP-nin Məclisdə 138 millət vəkili var.

 

Xatırladaq ki, bir müddət əvvəl Ankara Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixində baş tutan 38-ci növbəti qurultayının yekunlarını ləğv edib. Həmin vaxt partiyanın sədri seçilən Özgür Özəl məhkəmə qərarı ilə rəhbərlikdən uzaqlaşdırılıb.

 

Məhkəmə prosesinin son qərarına qədər isə CHP-nin keçmiş lideri Kamal Kılıçdaroğlu müvəqqəti olaraq partiya sədri vəzifəsinə geri qaytarılıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.