
İctimai nəqliyyatda günlük, aylıq və illik bilet paketləri olacaq. 90 dəqiqə ərzində bir nəqliyyatdan digərinə pulsuz keçid təmin ediləcək.
Bu barədə “Xəzər Xəbər”ə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamovun sözlərinə görə, 2026-2028-ci illərdə brutto müqaviləsinə keçidlə ictimai nəqliyyatda bir sıra yeniliklər olacaq.
Millət vəkilinin sözlərinə görə, vahid bilet sisteminə keçid vətəndaşlar üçün icitmai nəqliyyatdan daha qənaətli şəkildə istifadə deməkdir.
Azər Badamov onu da bildirib ki, brutto müqaviləsi modelinin hazırlanması gedişhaqlarının yığılması, daşıyıcıların xidmətlərinin ödənilməsi, onların xərc və gəlirlərinin əsaslandırılması üçün tam şəffaf mexanizm yaradacaq.