
Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşların əksəriyyətinin tələbi ilə vəzifəsindən istefa verməyə hazır olduğunu bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Paşinyan bu barədə şənbə günü seçki kampaniyası çərçivəsində çıxışı zamanı bir kişinin ona yaxınlaşaraq Baş nazir vəzifəsindən istefa verməli olduğunu bildirməsindən sonra danışıb.
Paşinyan qeyd edib ki, bu gün Ermənistanda bütün hallarda qərarı xalq verir.
“Bu, bugünkü Ermənistanın və mənim, eləcə də komandamızın siyasi fəaliyyətinin əsasını təşkil edir. Xalq mənim getməyim barədə qərar verdiyi an, müzakirə etmədən çıxacağam. Əgər 700 min nəfər, seçicilərin 50+1 faizi desə ki, Nikol qalsın, Nikol qalacaq. Əgər insanlar desə ki, Nikol getsin, Nikol kimdir ki, getməsin, Nikol xidmətçidir. Ola bilərmi ki, xidmətçi desin ki, yox, mən getməyəcəyəm”, - deyə Paşinyan bildirib.