ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin "lll Şuşa Qlobal Media Forumu"ndakı çıxışından paylaşım edib.
Senzor.az bildirir ki, paylaşılan videoda Prezident İlham Əliyevin Donald Trampla bağlı fikirləri yer alıb.
Xatırladaq ki, Prezident İlham Əliyev çıxışında D.Tramp və ABŞ-Azərbaycan münasibətləri haqqında deyib: "Kiçik bir dəqiqləşdirmə etmək istərdim, mən ABŞ Prezidenti Donald Trampın qələbəsini proqnozlaşdırmırdım, dedim ki, bu, Azərbaycan xalqı üçün daha məqbul olardı. Çünki Azərbaycan xalqı kimi o da fundamental prinsiplərə, ailə prinsiplərinə, dəyərlərinə sadiqdir".
Dövlət başçısı qeyd edib ki, Tramp müharibə başlatmayan yeganə ABŞ Prezidentidir: "Onun hakimiyyətdə olduğu qısa müddətdə görünür ki, bu İnsan müharibələri bitirir".
İlham Əliyev vurğulayıb ki, Azərbaycan ABŞ-a Cənubi Qafqazdakı proseslərə diqqət yetirdiyi üçün minnətdardır: "Biz ona şəxsən Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək istəyinə görə çox minnətdarıq, baxmayaraq ki, o, beynəlxalq təhlükəsizliyin daha qlobal məsələləri ilə məşğuldur. Cənubi Qafqazdakı vəziyyəti də diqqət mərkəzində saxlayır. Biz Azərbaycanda, əlbəttə ki, onun bir çox səbəblərdən qalib gəlməsinə şadıq və təbii ki, ona işini sona çatdırmağını arzulayırıq".
ABŞ liderinin "Truth Social" şəbəkə hesabındakı paylaşımını təqdim edirik: