Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.
Senzor.az bildirir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
“Şimali Makedoniyaya işgüzar səfərimiz çərçivəsində Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın qəbulunda olduq. Ölkələrimiz arasında münasibətlərin prioritet istiqamətləri və qtisadi əməkdaşlığın inkişafı barədə fikirlərimizi bölüşdük”, - deyə nazir bildirib.