Türkiyə Prezidenti dünya ictimaiyyətini Kipr həqiqətlərini qəbul etməyə çağırdı - VİDEO

Dünya ictimaiyyəti Kipr reallığını qəbul etməli, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmalıdır.

 

Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Lefkoşadakı ŞKTC Prezident Kompleksində deyib.

 

Onun sözlərinə görə, Türkiyə Şimali Kipr xalqının yanında olub və olacaq, Kipr türklərinin rifahının artmasına töhfə verməyə davam edəcək.

 

“Ankara ŞKTC-nin siyasi və iqtisadi inkişafı məsələsində Lefkoşanı dəstəkləyir. Biz hər zaman Kiprdə olacağıq”, - deyə Türkiyə lideri əmin edib və bildirib ki, Ankaranın dəstəyi sayəsində ŞKTC “Şərqi Aralıq dənizinin parlaq ulduzuna” çevrilib.

 

Türkiyə Prezidenti Kiprdə fikir ayrılıqlarının “iki dövlət” prinsipi əsasında həlli ilə bağlı ŞKTC lideri Ersin Tatarın mövqeyi ilə tam həmrəy olduğunu vurğulayıb.

 

“Kipr türklərinin on illər ərzində üzləşdiyi haqsızlığa son qoyulmalıdır. Türkiyə Lefkoşa yolunda maneələr yaratmağa çalışan qüvvələrin hiylələrinə cavab olaraq Kipr türkləri önündə yeni qapılar açmağa davam edir”, - deyə Türkiyə dövlətinin başçısı vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.