Cəlilabadda balıqların kütləvi şəkildə tələf olmasının İLKİN SƏBƏBİ AÇIQLANDI
FOTO

Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad rayonunun Pərdi kəndində yerləşən göldə balıqların kütləvi tələf olması ölümü ilə bağlı açıqlama yayıb. 

 

Nazirlikdən Senzor.az-a verilən məlumatda bildirilir ki, Cəlilabad rayonunun Pərdi kəndində yerləşən və kənd əhalisinin ümumi  təsərrüfat məqsədləri üçün istifadə olunan, yağış suları ilə qidalanan, təxminən 40-50 sm dərinliyə malik göldə balıqların kütləvi tələf olması faktı qeydə alınıb.

 

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar zamanı ölmüş balıqlar arasında əsasən Daban balığı (Carassius carassius) və Çapaq (Rutilus rutilus) növlərinin olduğu müəyyən edilib. Hadisənin səbəblərini dəqiqləşdirmək məqsədilə göldən su nümunələri götürülüb, eləcə də ölmüş balıqlara pataloji yarma əməliyyatları aparılıb.

 

Nümunələrin götürülməsi zamanı göldə suyun temperaturu 34°C qeydə alınıb. İlkin ehtimallara görə, balıqların kütləvi tələf olmasına səbəb kimi havaların kəskin istiləşməsi fonunda su hövzəsində oksigen çatışmazlığı göstərilir. Bu vəziyyət xüsusilə dayaz və durğun sular üçün xarakterik olub, balıqların həyatı üçün ciddi risk yarada bilər.

 

Araşdırmalar davam etdirilir və laborator nəticələr əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.


**13:53


Cəlilabad rayonu ərazisindəki göllərdən birində balıqlar kütləvi şəkildə tələf olub.

 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Pərdi kəndində baş verib.

 

Yerli sakinlər bir neçə gündür göldə balıqların kütləvi şəkildə tələf olmasını müşahidə etdiklərini deyiblər. Onlar balıqların tələf olmasını göldə suyun kəskin azalması ilə əlaqələndirirlər. 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.