Tramp ermənipərəst konqresmen haqda: OĞRUDUR VƏ MƏSULİYYƏTƏ CƏLB EDİLMƏLİDİR

ABŞ Prezidenti Donald Tramp ermənipərəst senator Adam Şiffi oğru adlandırıb və onu vergi fırıldaqçılığında ittiham edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, “Truth Social” səhifəsində yazıb.

 

"Adam Şiff oğrudur! Demokratlar məni və digər hər kəsi məsuliyyətə cəlb etməyə çalışdıqları kimi, o da məsuliyyətə cəlb edilməlidir. Yeganə fərq ondadır ki, biz tamamilə günahsız idik, bütün bunlar böyük bir mif idi", - o yazıb.

 

Tramp öz sözlərinin təsdiqi olaraq vergi sənədini də paylaşıb.

 

Bundan əlavə, Tramp sosial şəbəkədə paylaşdığı daha bir postda Şiffin kredit almaq üçün sənədləri saxtalaşdırdığını qeyd edib. ABŞ Prezidenti hesab edir ki, Şiffin indi bu səbəbdən "böyük problemləri" var. O, həmçinin vurğulayıb ki, senator öz fırıldaqlarına görə həbs cəzası almalıdır.

 

Əvvəllər Tramp Şiffi ipoteka fırıldaqçılığı sxeminə görə dələduz adlandırmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.