Leonid Slutski: Azərbaycan bizi yarıyolda qoymayan strateji tərəfdaşımızdır
VİDEO

Rusiya və Azərbaycan arasında münasibətlərdəki böhran fonunda bu gün vəziyyətə ayıq baxmağa çağıranların səsləri daha ucadan eşidilir.

 

Senzor.az bildirir ki, bunu "Rossiya-1" telekanalının canlı yayımında Rusiya Dövlət Duması Beynəlxalq işlər komitəsinin sədri, Liberal Demokrat Partiyasının lideri Leonid Slutski deyib.

 

“Qarabağ münaqişəsi fonunda bizi Azərbaycanla qarşıdurmaya sövq edirdilər. Amma bu gün Azərbaycan bizim strateji tərəfdaşımızdır və bizi heç vaxt naümid qoymayıb. Azərbaycan Prezidenti İlham Əliyev isə bizim ən etibarlı tərəfdaşlarımızdan biridir”, - deyə o qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya xüsusi xidmət orqanlarına yaxın mənbə - "VÇK-OQPU" teleqram kanalı Rusiya prezidenti Vladimir Putinin Azərbaycanla münasibətlərdəki gərginliyi aradan qaldırmaq istədiyini bildirmişdi. Məlumata görə, hazırda Moskvada iki ölkə arasında münaqişənin qeyri-rəsmi həllinə cəhd etmək məqsədi ilə gələn həftə qeyri-rəsmi olaraq Bakıya gedəcək nümayəndə heyəti formalaşdırılır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.