ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və İran yaxın saatlarda atəşi tam dayandırmağa razılaşıblar.
Bu barədə o, “Truth Social”da yazıb.
"İsrail və İran 12 saat müddətinə tam atəşkəs barədə razılığa gəliblər (indiki vaxtdan təxminən 6 saat sonra - İsrail və İran cari və son əməliyyatlarını başa çatdırdıqda!) həmin andan müharibə bitmiş hesab olunacaq", – Tramp qeyd edib.
Onun sözlərinə görə, ilk olaraq İran atəşi dayandıracaq, "12-ci saatda" bunu İsrail də edəcək.
"24-cü saatda dünya 12 günlük müharibənin bitməsini qeyd edəcək, bu müharibə illərlə davam edə və bütün Yaxın Şərqi məhv edə bilərdi", – deyə ABŞ lideri əlavə edib.