Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.
Danışıq zamanı Qəzzadakı humanitar vəziyyət, Suriyadakı son hadisələr, eləcə də cümə günü İstanbulda keçirilməsi nəzərdə tutulan nüvə danışıqları müzakirə olunub.