Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş başlayıb.
Senzor.az xatırladır ki, danışıqlar “üçün üçə” formatında keçirilir.
ABŞ tərəfdən görüşdə Prezident Donald Tramp, dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Rusiya tərəfdən isə Prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov iştirak edirlər.
Danışıqlar “Elmendorf-Riçardson” hərbi bazasında aparılır. İlk görüntülərdən sonra jurnalistlər görüş salonundan çıxarılıb.
Danışıqlar medianın iştirakı olmadan davam edir.
**23:36
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş başlayıb.
**23:14
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlara başlamazdan əvvəl Ankoricdə, demək olar ki, təyyarələrindən eyni vaxtda eniblər.
Liderlər əl sıxışaraq bir-birilərini salamlayıblar.
Qısa söhbət etdikdən və şəkil çəkdirdikdən sonra onlar eyni avtomobildə görüşün keçiriləcəyi məkana yollanıblar.
**23:06
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin təyyarələri Alyaskanın Elmendorf-Riçardson bazasına eniş ediblər.
Senzor.az-ın məlumatına görə, Donald Trampın göyərtədə Alyaska senatorları Liza Murkovski və Den Sallivan, həmçinin Alyaska qubernatoru Mayk Danlivi ilə görüldüyü deyilir.
Bu, 2021-ci ildən Rusiya ilə Ukrayna arasında müharibədən bu yana Putinlə ABŞ Prezidenti arasında ilk görüşdür.
Xəbər verdiyimiz kimi, Ağ Ev Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə görüşünün üç-üç formatında olacağını açıqlayıb. Prezidentə onun xüsusi elçisi Stiv Uitkoff və dövlət katibi Marko Rubio qatılacaq.
Ağ Evdən bildirilib ki, genişləndirilmiş iş naharında prezidentə Rubio, Uitkoff, müdafiə naziri Pit Heqset, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və Ağ Ev aparatının rəhbəri Syuzi Uayls qoşulacaq.