Tramp Lukaşenko ilə telefonla danışdı
FOTO/VİDEO

ABŞ Prezidenti Donald Tramp Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonla danışıb.

 

Senzor.az bildirir ki, bu barədə o, “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb. 

 

Tramp bildirib ki, zəngin məqsədi 16 məhbusun azadlığa buraxılmasına görə ona təşəkkür etmək olub və o, əlavə məhbusların azad edilməsini də müzakirə etdiklərini bildirib. 

“Söhbətimiz çox gözəl keçdi. Biz bir çox mövzular, o cümlədən Prezident Putinin Alyaskaya səfəri barədə danışdıq. Mən gələcəkdə Prezident Lukaşenko ilə görüşməyi səbirsizliklə gözləyirəm”, - deyə Tramp bildirib.

 

Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont isə BelTA-ya bildirib ki,  Aleksandr Lukaşenko telefon danışığı zamanı amerikalı həmkarı Donald Trampı Cənubi Qafqazda sülhün əldə olunması üzrə yaxşı işinə görə təbrik edib.


Onun sözlərinə görə, ölkə liderləri İran və Yaxın Şərqi də müzakirə ediblər: "Lukaşenko əmindir ki, bu məsələlərdə də irəliləyiş əldə olunacaq".







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.