Gürcüstanda 27 yaşlı Azərbaycan vətəndaşı ölkə sərhədini qanunsuz keçməkdə ittiham edilərək saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, həmin şəxs Gürcüstanın dövlət sərhədini rəsmi nəzarətdən yayınaraq keçib.
O, Marneuli-Tbilisi yolunda avtomobil idarə edərkən saxlanılıb.
Həmyerlimiz 5 il müddətinə qədər həbs edilə bilər.