Ərdoğan NATO-nun Baş katibi ilə Ukraynadakı vəziyyəti müzakirə etdi

Avqustun 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rütte ilə telefonla danışıb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi məlumat yayıb.

 

Qeyd olunub ki, Şimali Atlantika Alyansı Baş katibinin təşəbbüsü ilə baş tutan söhbət zamanı Ukrayna ilə Rusiya arasında müharibə ilə bağlı son proseslər, eləcə də digər regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Türkiyə Prezidenti Ukraynada uzunmüddətli atəşkəsin təmin edilməsi məqsədilə başlanan İstanbul danışıqları çərçivəsində Rusiya-Ukrayna dialoqunda əldə olunan irəliləyişlərə diqqət çəkib.

 

Türkiyə liderinin sözlərinə görə, Kiyev ilə Moskva arasında dialoqun humanitar sahədə də müsbət addımlara töhfə verməsi vacibdir.

 

NATO-nun Baş katibi də öz növbəsində Rusiya Federasiyası və ABŞ liderləri arasında Alyaskada keçiriləcək görüş öncəsi Ukraynadakı vəziyyətlə bağlı Türkiyə Prezidentini məlumatlandırıb.

 

Ərdoğan bildirib ki, Ankara Vladimir Putin ilə Donald Tramp arasında gözlənilən görüşü diqqətlə izləyir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.