Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub - VİDEO

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında paylaşım edib.

 

Zelenski qeyd edib ki, mübadilə zamanı hər iki tərəfdən 84 əsir dəyişdirilib. Onun sözlərinə görə, həmin şəxslər arasında hərbçilər və mülki şəxslər var.

 

O, əksəriyyətinin tibbi yardıma və reabilitasiyaya ehtiyacı olduğunu bildirib: “Azad olunan mülki şəxslər arasında 2014, 2016 və 2017-ci ildən Rusiya tərəfindən saxlanılanlar da var. Sərbəst buraxılan hərbçilər sırasında isə Mariupol müdafiəçiləri də yer alıb”.

 

Ukrayna lideri əsirlərin qaytarılmasına dəstək olan bütün qurumlara, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edib. Bildirilib ki, ön cəbhədəki hərbçilərin şücaəti bu mübadilələrin davamlı olmasına imkan yaradır.

 

Tezliklə yeni mübadilələrin olacağı vurğulanıb.

 

Qarşı tərəfdən isə bildirilib ki, geri qaytarılan Rusiya hərbçiləri hazırda Belarus ərazisindədirlər. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.