Türkiyədə CHP-dən istefa verən Böyükşəhər Bələdiyyə sədri AK Partiyaya keçdi
YENİLƏNİB, VİDEO/FOTO


Türkiyədə Aydın Böyükşəhər Bələdiyyəsinin sədri Özlem Çerçioğlu hakim Ədalət və İnkişaf Partiyasına (AK Partiya) keçib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, AK Partinin yaradılmasının 24-cü ili ilə bağlı keçirilən tədbirdə deyib.

 

Məlumata görə, Özlem Çerçioğlu ilə birlikdə daha 9 bələdiyyə sədri iqtidar partiyasının üzvü olub.

 

**14:36

 

Türkiyədə Aydın Böyükşəhər Bələdiyyəsinin sədri Özlem Çerçioğlu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib.

 

Məlumatı “TRT Haber” yayıb.

 

O, istefasının səbəbini belə izah edib: “Yaşanan anti-demokratik tətbiqlərlə yanaşı dürüstlük, qanunlar çərçivəsində xidmət, ictimai əxlaqdan güzəşt etməmə prinsipləri səbəbindən Cümhuriyyət Xalq Partiyası ilə eyni yolda yürümə imkanım artıq yoxdur”.

 

Məlumata görə, Özləm Çerçioğlu üç bələdiyyə sədrinin də CHP-dən ayrıldığını bildirib: “Mən və üç bələdiyyə sədrimiz CHP daxilində yaşadığımız problemləri partiyanın səlahiyyətli orqanlarında həll etmək cəhdlərimizə baxmayaraq, təəssüf ki, bir nəticə əldə edə bilmədik”.

 

**11:52


Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) 24-cü ildönümü qeyd olunur.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu münasibətlə keçirilən mərasimdə bir sıra bələdiyyə sədrlərinin hakim partiyaya keçəcəyi gözlənilir.

 

Yayılan iddialara görə, AK Partiyaya üzv qəbul ediləcək ən qalmaqallı siyasətçilərdən biri Aydın Böyükşəhər Bələdiyyəsinin sədri, CHP üzvü Özlem Çerçioğludur. O, bu barədə iddiaları təkzib etməyib.

 

Aydın vilayəti daxilində yerləşən 4 şəhərin CHP-dən olan bələdiyyə sədrlərinin də hakim partiyaya üzv qəbul ediləcəyi gözlənilir.

 

İYİ Partiyadan olan bir sıra bələdiyyə sədrlərinin də AK Partiyaya keçəcəyi qeyd olunur.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Rəcəb Tayyib Ərdoğan avqustun 14-də hakim partiyaya yeni üzvlərin qəbul ediləcəyini bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.