Putin və Trampın görüşü təkbətək deyil, nazirlərin iştirakı ilə "üçün üçə" formatında keçiriləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, ABŞ tərəfindən dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff da görüşdə iştirak edəcəklər.
Vladimir Putini isə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov müşayiət edəcəklər.