
Sabiq millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə keçmiş millət vəkili sosial şəbəkə hesabında özü məlumat yayıb.
O bildirib ki, İstanbulda polis idarəsinə aparılıb və böyük ehtimalla Azərbaycana deportasiya olunacaq: "İndicə oğlumla birlikdə İstanbulda kirayədə yaşadığım evin qapısını döydülər, əmniyyətdən gəliblər, məni karakola aparırlar. Heç bir səbəb yoxdur, Türkiyəyə 25 sentyabrda gəlmişəm, 3 aylıq müddətim bitməyib, üstəlik iki illik oturma iznim var... Çox güman ki, Türkiyədən deportasiya olunacağam.
Mən əmniyyət işçilərinə "sabah saat 9-da İELTS imtahanım var, onu verib gələcəyəm" desəm də, şans vermədilər”.
Qeyd edək ki, Gültəkin Hacıbəylinin də adı “Ramiz Mehdiyevin işi”ndə hallanır.
Onu da qeyd edək ki, AXCP sədri Əli Kərimli və Partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim Ramiz Mehdiyevin işi ilə bağlı dindirilirlər. Onların evlərində axtarış da aparılıb...