
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ukraynanın Müstəqillik Günü münasibətilə ünvanladığı təbrikə görə təşəkkür edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Zelenski bu barədə “X” hesabında paylaşım edib.
“Ukraynanın suverenliyi və ərazi bütövlüyünə Türkiyənin qəti sadiqliyi görünməmiş dərəcədə möhkəm münasibətlərimizin əsasını təşkil edir. Ukrayna həmçinin sizin şəxsi iştirakınızı və Türkiyənin rus əsirliyində olan ukraynalıların geri qaytarılmasında, eləcə də sülhün yaxınlaşdırılması istiqamətində göstərdiyi vasitəçilik səylərini yüksək qiymətləndirir”, - deyə Zelenski bildirib.
Ukrayna lideri həmçinin Türkiyənin müharibənin başa çatdırılması və sülh prosesindəki rolunun əhəmiyyətini xüsusi vurğulayıb.