Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə BALLİSTİK RAKETLƏRLƏ ZƏRBƏLƏR ENDİRİLİB
VİDEO/FOTO

Rusiya ordusu Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə raket zərbələri endirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, zərbələrdən sonra səfirliyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib.

 

Qeyd olunub ki, zərbələrin əsas hədəfi "Lukyanovka" metrostansiyasının ətrafı olub. Stansiyanın giriş hissəsi dağılıb. Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb.


Metrostansiyasının qarşısına düşən raketin zərbəsi nəticəsində səfirliyimizin binasında da şüşələr sınıb, tavanda çatlar əmələ gəlib.

 

Səfirliyin şəxsi heyətindən xəsarət alan olmayıb.

 

Qeyd edək ki, müharibə dövründə Kiyevə edilən hava hücumları zamanı səfirliyimizin inzibati binasına bir neçə dəfə ziyan dəyib.

 

Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı son məlumata görə, hava hücumu zamanı 1 nəfər həlak olub, azı 15 nəfər yaralanıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.