
İsrailin Baş naziri Benyamin Netanyahu İranın oğullarından birinə qarşı sui-qəsdə cəhd göstərdiyini açıqlayıb.
Baş nazir bu barədə telefonla İsrailin "Channel 14" telekanalının hərbi müxbiri Noam Amirin suallarını cavablandırarkən danışıb.
"Bu, inanılmaz bir hadisədir. İran oğullarımdan birini hədəf aldı. İran onu öldürməyə çalışdı... Buna görə də aldığım mühafizə sadəcə bir lüks deyil. Bu olmadan onlar oğlumu öldürməyə nail ola bilərdilər", - deyə Netanyahu vurğulayıb.