Putin Tokayevin Ukraynadakı müharibənin "dondurmaq" təklifinə nə cavab verdi?
VİDEO

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündən Ukraynada cəbhə xəttinin dondurulmasını rədd etmək və müharibəni davam etdirmək qərarını əsaslandırmaq üçün istifadə edib.

 

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

 

Bildirilib ki, iyulun 25-də Omskda keçirilən Rusiya–Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumu çərçivəsində Tokayev Ukraynada cəbhə xəttinin dondurulmasını və İstanbul formatında danışıqların bərpasını təklif edib.

 

Kremlin sözçüsü Dmitri Peskov isə Putinin Tokayevə Rusiyanın döyüş meydanında qarşıya qoyduğu məqsədlərə çatmadan cəbhə xəttinin dondurulmasının mümkün olmadığını bildirdiyini açıqlayıb. O, həmçinin iddia edib ki, Kiyev Moskvanın tələblərini qəbul edərsə, münaqişə dərhal başa çata bilər.

 

ISW qeyd edib ki, Kremlin əsas tələbləri Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tam şəkildə Rusiyaya verilməsini nəzərdə tutur. Analitiklərin fikrincə, Putin Tokayevlə görüşdən daxili auditoriyaya uzunmüddətli müharibənin qaçılmaz olduğu mesajını çatdırmaq üçün istifadə edib.


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.