Tokayev Ermənistana səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrda Ermənistana səfər edəcək.

 

Senzor.az Ermənistan mediasına istinadən bildirir ki, bu barədə Tokayev və Ermənistanın Baş naziri Nikol Paşinyan telefon danışığı zamanı razılığa gəliblər.

 

Söhbət zamanı Paşinyan Qurultaya seçkilərin uğurla keçirilməsi münasibətilə Tokayevi təbrik edib. O qeyd edib ki, səsvermənin nəticələri Qazaxıstan vətəndaşlarının Tokayevin həyata keçirdiyi islahatları geniş şəkildə dəstəklədiyini göstərir.

 

Qazaxıstan Prezidenti təbriklərə və xoş arzulara görə Paşinyana təşəkkür edərək, iki ölkə arasında çoxşaxəli əməkdaşlığın gələcək inkişafının vacibliyini vurğulayıb.

 

Tərəflər həmçinin regional nəqliyyat layihələrinin həyata keçirilməsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Onlar qarşıdakı görüşlər zamanı, xüsusən də Tokayevin oktyabrda Ermənistana səfəri ərzində müzakirələri davam etdirmək barədə razılığa gəliblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.