Robert Köçəryan indi də xəstəxanaya aparıldı
YENİLƏNİB, FOTO


Ermənistanın sabiq prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

 

Xatırladaq ki, Korrupsiyaya qarşı Mübarizə Komitəsində araşdırılan cinayət işi çərçivəsində Robert Köçəryan və böyük oğlu Sedrak Köçəryan saxlanılıb. Həmçinin onun kiçik oğlu, parlamentdəki “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryanın evində, eləcə də ailəyə məxsus şirkətlərdə axtarışlar aparılıb.


**10:26


Ermənistanın sabiq prezidenti Robert Köçəryan və onun oğlu Sedrak Köçəryan saxlanılıblar.

 

Senzor.az bildirir ki, bu barədə yerli KİV Ermənistanın Antikorrupsiya Komitəsinə istinadən məlumat yayıb.

 

"Ermənistanın Antikorrupsiya Komitəsinin korrupsiya cinayətləri üzrə apardığı təhqiqat çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir. Zərurət yarandıqda, əlavə məlumat veriləcək", - Komitənin açıqlamasında bildirilib.

 

Bundan əvvəl "Ermənistan" blokunun deputatı Aqnessa Xamoyan jurnalistlərə bildirmişdi ki, Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb: “Vergi xidməti Köçəryanlar ailəsinə məxsus "Toyota" salonunu möhürləyib. Həmçinin "Oranj fitnes" idman kompleksində istintaq hərəkətləri həyata keçirilir. Səhər saatlarından etibarən Robert Köçəryanın oğlu Levonun evində axtarışlar aparılır”. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.