Serj Sarqsyana qarşı da ittiham irəli sürüldü – “KÖÇƏRYAN İŞİ”

Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı başlanmış cinayət işi çərçivəsində ölkənin sabiq prezidenti Serj Sarqsyana da ittiham irəli sürülüb.

 

Bu barədə "News.am" portalı məlumat yayıb.

 

Sarqsyan Ermənistan Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci bəndi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.

 

Daha əvvəl Ermənistan Baş Prokurorluğu Robert Köçəryana qarşı ictimai cinayət işinin başlanması barədə məlumat vermişdi. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı üç, xüsusilə külli miqdarda rüşvət alma ilə bağlı iki və xüsusilə külli miqdarda pulların yuyulması ilə bağlı dörd epizod üzrə ittihamlar irəli sürülüb.

 

Eyni iş çərçivəsində daha doqquz nəfərə qarşı cinayət təqibi başlanıb. Onların arasında Robert Köçəryanın oğlu Sedrak Köçəryan, əvvəllər Ermənistanın müdafiə naziri və baş naziri vəzifələrini tutmuş Serj Sarqisyan, İrəvanın sabiq meri Andranik Marqaryan, Qaqik Beqlaryan, sahibkar Samvel Mayrapetyan və digər şəxslər var.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.