
İyulun 1-də Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə sərhəddə gözlənilən xüsusi əməliyyatı ətrafında vəziyyətlə bağlı açıqlama verib. Türkiyə dövlət başçısının sözlərinə görə, hərbi əməliyyat hər an başlaya bilər...
Türkiyə ilə Suriya sərhədində dünya mediasında əks etdirilməyən hadisələr baş verir. Bu nədir? Fırtınadan əvvəl sakitlik. Sərhəd yaxınlığında Amerika, bir qədər sonra isə İran qoşunları durur. Burada Rusiya da var. Əsəd ordusunu da xatırlayaq. Və bura bir-biri ilə vuruşan islamçı qrupları, özü də kürdləri, hətta bu dövlətlərin proksi-ordularını da əlavə etsək, Türkiyə sərhədlərində qəribə və dəhşətli mənzərə yaranır. Hamı hamının əleyhinədir, hamı Türkiyənin xüsusi əməliyyatına qarşıdır. Heç kim sülh istəmir. Hər kəs öz maraqlarını güdür.
Türkiyəni və bölgəni nə gözləyir?
Senzor.az haqqin.az-a istinadən jurnalist Eynulla Fətullayevin Türkiyə-Suriya sərhədindən ilk reportajını öz oxucularına təqdim edir: