Araik vahiməyə düşüb - "AZƏRBAYCANLILAR MƏNİ İZLƏYİRLƏR, HƏTTA..."

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində fəaliyyət göstərən separatçı rejimin başçısı Araik Arutyunyan gileylənir ki, azərbaycanlılar onun hər addımını izləyirlər.

 

Senzor.az haqqin.az-a istinadən bildirir ki, A.Arutyunyan bunu iyunun 30-da Xankəndində keçirilən qondarma “parlament iclası”nda Ermənistanın baş naziri Paşinyanın üçtərəfli sazişin şərtlərinə əsasən Laçın, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarəti altına keçməli olduğu barədə “qalmaqallı” bəyanatının müzakirəsi zamanı deyib. 

 

Xatırladaq ki, ermənilərin Laçından və Laçın dəhlizi boyunca yerləşən digər yaşayış məntəqələrindən çıxarılması məsələsi yalnız tikintisi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Sazişin şərtlərində nəzərdə tutulan alternativ yol istifadəyə verildikdən sonra aktuallaşacaq.

 

Bununla bağlı “deputat” David Qalstyan Arutyunyandan Ermənistan tərəfinin Laçınla bağlı üçtərəfli sazişin bəndini yerinə yetirməmək imkanının olub-olmadığını soruşub.

 

“Prinsipcə, əməl etməkdən imtina etmək olar, lakin bunun nəticələrini də nəzərə almaq lazımdır. Mən də Laçını tərk etməyin əleyhinəyəm, amma minlərlə insanımızın taleyini düşünmək lazımdır. Təəssüflər olsun ki, burada elə bir xain şəbəkə fəaliyyət göstərir ki, azərbaycanlılar hətta mənim kabinetdən çıxıb parlamentə gəldiyimi də bilirlər”, - deyə Arutyunyan cavabında vurğulayıb. 

 

Bununla bağlı sayt qeyd edir ki, Azərbaycan tərəfi hələ 44 günlük müharibə başlamazdan əvvəl işğal olunmuş ərazilərdə baş verən hər şeydən tam məlumatlı idi. 

 

Bakı Ermənistanda müharibədən sonra başlayan “casusların ovu”, o cümlədən “Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən agentlərin” silsilə həbslərindən da xəbərdardır: “Araik Arutyunyanın şəxsiyyətinə gəlincə, bu karikatura personajını izləmək üçün Azərbaycana şaxələnmiş casus şəbəkəsi lazım deyil-bunu Şuşada istənilən evin pəncərəsindən adi binoklun köməyi ilə etmək olar”.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.