Neftin bir barelinin qiyməti 380 dollara qalxa bilər – ABŞ ANALİTİKLƏRİNDƏN ŞOK-PROQNOZ

ABŞ-ın ən böyük banklarından biri olan JP Morgan Chase bankı analitiklərinin proqnozlarına əsasən, əgər Rusiya Qərbin sanksiyalarına cavab olaraq neft tədarükünü əhəmiyyətli dərəcədə azaltsa, neftin bir barelinin qiyməti 380 dollara çata bilər.

 

“Bloomberq” agentliyinin saytında yerləşdirilən proqnoz-xəbərdə belə deyilir.

 

Analitiklərin məlumatına görə, Rusiya neftinin tədarükünün sutkada 3 milyon barel azalması London birjasında yanacaq qiymətinin 190 dollaradək artmasına gətirib çıxaracaq. Ən pis ssenari qismində Rusiyadan neft tədarükünün sutkada 5 milyon barel azalması nəzərdən keçirilir. Bu halda qiymət 380 dollara qədər arta bilər.

 

JP Morgan Chase bankının analitikləri hesab edirlər ki, RF bu addımı ABŞ və Avropa İttifaqı tərəfindən Rusiya neftinin qiymətinə məhdudiyyət qoyulduğu halda ata bilər. Belə ki, G7 qrupunun sammitində liderlər belə bir məhdudiyyət imkanlarının nəzərdən keçiriləcəyini vəd ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.