İranın XİN rəhbəri Suriyadan Türkiyəyə “hədə dolu” mesaj verdi - ANKARADA BAŞQA CÜR DANIŞMIŞDI
FOTO

Türkiyənin Suriyanın şimalında istənilən hərbi əməliyyatı regionun təhlükəsizliyinə təhdiddir və qeyri-stabilliyə səbəb olacaq.

 

Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Hüseyn Əmir Abdullahian suriyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib ki, xarici qüvvələrin regiona istənilən müdaxiləsi doğru deyil: “Biz terrorizmlə mübarizədə bütün gücümüzlə Suriyanın yanında olacağıq”. 

Abdullahian əlavə edib ki, İran Suriyada istənilən hərbi əməliyyata qarşıdır: “İslam Respublikası heç vaxt öz dostlarını tək qoymayıb və qoymayacaq”.

 

Axar.az xatırladır ki, Abdullahian Suriyaya ötən gün gedib. Bundan öncə Türkiyədə səfərdə olarkən Ankaranın Suriyanın şimalında əməliyyat keçirməklə bağlı istəyini anladıqlarını bildirmişdi.

 

“Suriya məsələsində Türkiyənin təhlükəsizliklə bağlı gündəmə gətirdiyi narahatlıqları çox yaxşı anlayırıq. Türkiyə tərəfinin narahatlıqları qısa zamanda və daimi olaraq aradan qaldırılmalıdır. Eyni zamanda Suriyada xüsusi əməliyyatın gündəmə gətirilməsini də anlayırıq. Bununla bağlı dəyərli həmkarım Çavuşoğlu ilə müzakirələr apardıq”, - deyə Abdullahian bildirmişdi.

 

Odur ki, İran XİN rəhbərinin Suriyada bu cür fərqli mövqe sərgiləməsi anlaşılmazdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.