
Çeçenistan lideri Ramzan Kadırov Berlinin mərkəzindəki İbn Rüşd-Gethe məscidində LGBT bayrağının asılmasına sərt reaksiya verib.
Senzor.az bildirir ki, o, “Teleqram” kanalında bu iyrənc olaydan hiddətləndiyini vurğulayaraq onu “rəzil və alçaq hərəkət” adlandırıb.
Kadırov qeyd edib ki, məscidin imamı Mo el Ketaba orada LGBT bayrağının qaldırılmasına icazə verməklə özünü gözdən salıb: "O nəinki aksiyaya icazə verib, üstəlik, buna haqq qazandırıb. İblisin bu davamçısı, hələ digər İslam dini təşkilatlarının ondan nümunə götürəcəyinə ümid bəslədiyini də dilinə gətirib. Başa düşə bilmirəm ki, bütün baş verənlərdən sonra bu məscidin imamları özlərini necə müsəlman adlandıra bilirlər? Siz orada Avropa demokratiyasının dalğasından ağlınızı tamamilə itirmisiniz”.
Kadırov Almaniyadakı müsəlmanların LGBT-nin bu hərəkətinə görə məsuliyyət daşıdığını bildirib: “Məsciddə baş verənlərə görə ilk növbədə məsuliyyəti siz - Almaniyadakı müsəlmanlar daşıyırsınız. Allah evində rəzil hərəkətə niyə imkan verirsiniz? Burnunuzun ucunda hər cür cinlər məsciddən öz iyrənc məqsədləri üçün istifadə edir, siz isə susursunuz”.
Çeçenistan lideri Almaniyadakı müsəlmanları baş verənlərə yenidən baxmağa çağırıb: “Bu sadəcə bayraq məsələsi deyil! Bu, Qərbin İslamı iyrənc azğınlıq və satanizm mədəniyyəti altında əzmək cəhdidir!”.