Özbəkistana atılan 5 raket və... PUTİNİN MİRZİYOYEVƏ ZƏNGİ
TƏHLİL

Özbəkistan XİN-in məlumatına görə, ölkənin sərhədinə 5 raket atılıb. Nazirliyin məlumatında mərmilərin Əfqanıstan tərəfdən gəldiyi ehtimal edildiyi vurğulanır. “Sputnik Tacikistan”ın Əfqanıstanın Bəlx vilayətindəki mənbəsinin məlumatına görə isə raket hücumu Şurtep rayonunun Tokay kəndindən edilib.

 

Prinsip etibarilə, Özbəkistan sərhədində bu tipli insidentlər tez-tez baş verir. Lakin budəfəki hadisə heç də əvvəlkilər kimi sadə deyil və pərdəarxası məqamları var. Məsələ ondadır ki, atılan mərmilərdən biri həmin ərazidəki futbol meydançasına, digəri isə yaşayış məntəqələrindən kənara düşüb. Yəni məqsəd heç də terror aktı törətmək və ya hansısa obyekti məhv etmək olmayıb.

 

Digər tərəfdən, hadisə ilə bağlı hələlik heç bir radikal qruplaşma məsuliyyəti üzərinə götürməyib. Bu, hadisənin heç də terror aktı olmadığını sübut edir. 

Əfqanıstan tərəfi hadisənin təfərrüatlarını araşdırsa da, verilən ilkin məlumatda deyilir ki, “naməlum şəxslər "Suzuki" markalı avtomobilə raketlər quraşdıraraq Özbəkistan tərəfə atıblar. Hadisədən sonra maşının tamamilə yanması və hadisə iştirakçılarının ərazini tərk etməsi də bunun sadə bir hadisə olmadığını göstərir. Açıq görünür ki, hadisəni törədənlər arxalarında iz qoymaq istəmirlər. 

 

Putinin Mirziyoyevə zəngi, Kremlin verdiyi mesaj!

 

Hadisənin baş verdiyi gün Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan lideri Şövkət Mirziyoyev arasında telefon danışığının baş tutması diqqət çəkir. Belə ki, dövlət başçıları aktual məsələləri, o cümlədən ticari-iqtisadi əməkdaşlığı müzakirə ediblər. Bundan başqa, Putin Özbəkistan rəhbərliyinin Qaraqalpaqda vəziyyəti sabitləşdirmək səylərini dəstəklədiyini bildirib.

 

Putinin Mirziyoyevə Qaraqalpaqdakı vəziyyətlə bağlı zəng edəcəyi bəlli idi. Bu isə özlüyündə proseslərin Kremlin hazırladığı plan əsasında icra edildiyini sübut edir. 

Birincisi, Özbəkistan sərhədinə atılan 5 raket və hadisə iştirakçılarının arxalarında iz buraxmaması bu hadisənin Qaraqalpaqsıtanda baş verən hadisələr fonunda baş verməsi və nəhayət Putinin Mirziyoyevə zəngi hadisənin Rusiya tərəfindən törədildiyini düşünmək üçün əsaslar yaradır.

 

İkincisi, Kreml bununla rəsmi Daşkəndə bir müddətdir rus mediasında səslənən yazılarda “Qaraqalpaqsıtan “Özbəkistanın Krımı”” ifadəsini xatırladıb. Yəni Rusiya Krımı ilhaq etdiyi kimi Qaraqalpaqsıtanı da ilhaq edə biləcəyi mesajını vermiş oldu. Prinsip etibarilə, Özbəkistan konstitusiyasında Qaraqalpaq Muxtar Respublikasının referendum yolu ilə müstəqilliyini elan etmək və ya başqa ölkəyə birləşmək səlahiyyəti öz əksini tapıb və son hadisələr də göstərdi ki, Özbəkistan bu səlahiyyəti qaraqalpaqlardan bu tezlikdə ala bilməyəcək.

 

Ərdoğan Mirziyoyevi xəbərdar etdi?

 

Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə də telefon danışığı olub. 

Tərəflər bir çox məsələlər ətrafında danışsalar da, Ərdoğanın Mirziyoyevi təmkinli davranmağa çağırması, Kremllə üz-üzə gəlməməklə bağlı məsləhət verməsi də mümkündür. Aydındır ki, Özbəkistan Qaraqalpaq məsələsini uzatsaydı, Rusiya prosesə daha radikal formada müdaxilə edər, Ukraynadakı ssenari etnik konflikt halında Özbəkistanda cərəyan edərdi.

 

Aydın məsələdir ki, qaraqalpaqlar da rusları məmnuniyyətlə regiona dəvət edərdilər. Bu isə türk birliyinə çalışan Türkiyə üçün heç də arzuolunan ssenari deyil.

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.