Avropa məhkəməsi Rafiq Tağının qətlinə dair iş üzrə qərar qəbul etdi
HÖKUMƏT MƏRHUMUN XANIMINA 14 MİN AVRO KOMPENSASİYA ÖDƏMƏLİDİR

İyulun 7-də Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı publisist Rafiq Tağının qətlinə dair iş üzrə qərar çıxarıb.

 

Hüquqşünas Xalid Ağaliyevin Turan-a verdiyi məlumata görə, Avropa məhkəməsi bu işdə Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) pozulduğunu müəyyən edib.

 

Qərara əsasən Azərbaycan hökuməti iddiaçıya – mərhumun xanımına 12 min avro, məhkəmə xərclərinə  görə 2 min avro kompensasiya ödəməlidir.

 

Xatırladaq ki, publisist 19 noyabr 2011-ci il tarixində evə gedərkən bıçaqlanıb, bundan  bir neçə gün sonra dünyasını dəyişib. 

2006-cı ildə islam dəyərlərini şübhə altına alan və xristianlığın üstünlüyünü bəyan edən "Avropa və biz" məqaləsini dərc etdirdiyinə görə həbs olunub. O, dini ədavəti qızışdırdığına görə üç il müddətinə azadlıqdan məhrum edilib.2007-ci ilin dekabrında əfv aktı ilə azad edilib.

 

2011-ci ildə o, "İran və qlobalizmin labüdlüyü" məqaləsini dərc edib. Bundan sonra iranlı ayətullah Lənkərani Məhəmməd peyğəmbəri təhqir etdiyinə görə Rafiq Tağının öldürülməsinə fətva verib.

 

10 gündən sonra – noyabrın 19-da publisistə sui-qəsd edilib. Naməlum şəxs ona bıçaqla bir neçə zərbə vurub və cinayət yerindən qaçıb. Bu cinayət açılmamış qalıb. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.